Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində Bakı şəhər sakini Fəxri Quliyev idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarındakı divara vurub. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hadisə ilə bağlı təhqiqat aparılır.
Qeyd edək ki, Fəxri Quliyev qəza zamanı instaqramda canlı yayım edirmiş.
Qəzanın görüntülərini təqdim edirik: