Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun 28 May küçəsində Bakı şəhər sakini F.Məmmədova məxsus “Mercedes” markalı avtomobildən 36 min dollar pul oğurlanıb.
Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Qubadlı rayon sakini Alqayıt Hacıyev saxlanılıb.
Istintaq araşdırması zamanı məlum olub ki, Alqayıt Hacıyev əvvəllər Cinayət Məcəlləsinin 149-cu (zorlama) maddəsi ilə məhkumluq həyatı yaşayıb.
Faktla bağlı araşdırma aparılır.