28 May 2020 15:32
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Uğurbəyli kəndi ərazisində Kətəlparaq kənd sakini S.Vəliyev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolun kənarında gedən kənd sakinləri Həqiqət Bağırovanı və 12 yaşlı nəvəsi M.Bağırovanı vurub.

Xəstəxanaya yerləşdirilmiş qadın ölüb, uşağın vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı Bərdə rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov