Bakının Qaradağ rayonunda avtobus sürücüsü polisə müqavinət göstərib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, iyunun 18-i saat 08-dən 19-u saat 08-dək olan müddətdə Bakı-Qazax yolunun 65-ci kilometrliyində, Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində “COVİD-19” xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş postda polis əməkdaşlarının “saxla” tələbinə tabe olmayıb hərəkətini davam etdirmiş 4 sərnişin avtobusları saxlanılaraq müvəqqəti duracağa yerləşdirilib.
Sürücülər və 52 sərnişin barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilib.
Sürücülər polis əməkdaşlarına tabesizlik göstərdiyinə görə Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsinə təhvil verilib.