8 Oktyabr 2014 15:52
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAMBP) sədri professor Hacıbaba Əzimov “Dövlət Müstəqilliyi Günü” dövlət bayramının qeyri-iş günü statusunun bərpası və dövlət səviyyəsində təntənəli şəkildə keçirilməsini istəyir. Teleqraf.com xəbər verir ki, partiya sədri bununla bağlı dövlət başçısı İlham Əliyevə müraciət edib.

Partiya sədri bildirir ki, “Dövlət Müstəqilliyi günü” dövlət bayramının və bu günlə bağlı “ Milli Dirçəliş”, “Konstitusiya günü” dövlət bayramlarının iş günü olması haqqında antikonstitusion qərar qəbul edilib.

Məktubda belə bir paradoksal hala da diqqət çəkilir ki, hazırda Azərbaycanda hətta bəzi peşə bayramlarının da təntənəli şəkildə qeyd olunmasına baxmayaraq, “Dövlət Müstəqilliyi Günü” dövlət bayramı dövlət səviyyəsində keçirilmir.

Açıq məktubun sonunda istiqlalçı deputat, professor Hacıbaba Əzimov VAMBP adından dövlət başçısı ölkəmizin “Dövlət Müstəqilliyi Günü”nün – 18 oktyabrın qeyri-iş günü statusunun bərpa edilməsi ilə bağlı Milli Məclisə təklif verməyə və bu bayramın dövlət səviyyəsində geniş və təntənəli şəkildə keçirilməsi üçün zəruri tədbirlər görməyə çağırıb.

Ayxan


Müəllif:

Oxşar xəbərlər