Oğuz rayon polis şöbəsinin əməkdaşları sərtləşdirilmiş karantin rejimi elan olunan şəhər və rayonlardan icazələri olmadan, qaydaları pozaraq istirahətə gedən şəxslərin müəyyən edilməsi məqsədilə reyd keçrib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Məlumata görə, polis əməkdaşları tərəfindən istirahət mərkəzlərində, gündəlik kirayə evlərdə və otellərdə keçirilən reyd zamanı icazələri olmadan, qaydaları pozaraq sərtləşdirilmiş karantin rejimi elan edilən rayonlardan Oğuza gedərək istirahət edən şəxslər müəyyən edilib.
Onların barələrində qanunauyğun tədbirlər görülüb.