23 İyul 2020 09:28
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəki şəhər-rayon polis şöbəsinə şəhərin Bağbanlar küçəsində yerləşən çayxananın xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qeyd olunan ünvana baxış keçirilib.

İcarədar Vüqar Bəkirovun karantin qaydalarını pozaraq müştəri qəbul etdiyi məlum olub.

Xüsusi karantin qaydalarını pozan icarədar və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimələniblər. Çayxananı işlədən V.Bəkirova xəbərdarlıq edilib və sərtləşdirilmiş karantin rejimi müddətində təkrar qaydaları pozacağı təqdirdə barəsində daha ciddi tədbirlərin görüləcəyi onun diqqətinə çatdırılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər