3 Avqust 2020 13:05
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayonunda ağır yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, rayonun Qarağac kəndi ərazisində Yeni Noxudlu kənd sakini F.Əhmədov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən kənd sakini Rəhim Rəhimovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sabirabad rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov