Bərdə rayonunda bədbəxt hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Əhmədli kəndində qeydə alınıb.
Kənd sakini, 1999-cu il təvəllüdlü Həsənov Niyaməddin Mübariz oğlu kənd ərazisində yerləşən avtoyuma məntəqəsində işləyərkən anidən onu elektrik cərəyanı vurub. N. Həsənov hadisə yerində dünyasını dəyişib.
Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə aparılıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.