30 Avqust 2020 15:42
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmazda Nazirlər Kabinetinin xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlər, o cümlədən dini ayinlərin keçirilməsi və ictimai və digər yerlərdə şəxslərin 5-10 nəfərdən artıq qruplarda cəmləşməməsi ilə bağlı qərarı pozulub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan bildirilib.

Məlumata görə, Xaçmaz rayon polis şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman dini məclislərin keçirilməməsi ilə əlaqədar edilən xəbərdarlıqlara baxmayaraq rayon ərazisində Eldar Tahirova məxsuz fərdi yaşayış evində "Aşura" məclisinin keçirilməsini aşkarlayıblar.

Şöbə əməkdaşları tərəfindən məclis dərhal dayandırılıb, ev sahibi və məclisdə olan 14 nəfər şöbəyə gətiriliblər.

Burda onlarla izahedici söhbətlər aparılıb və törətdikləri qayda pozuntusu barədə məlumat verilib.

Karantin qaydalarını pozan ev sahibi Eldar Tahirov və digər 14 nəfər şəxs barəsində qanunauyğun tədbirlər görülüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər