4 Sentyabr 2020 10:25
1 181
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda kütləvi dava zamanı qətl hadisəsi törətməkdə təqsirli bilinən Orxan Binnətov, İlkin Xəlilli və Vüqar Babayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Mirzə Xankişiyevin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, hadisə bu il Binəqədi rayonu, 9-cu mikrorayon, Bəhlul Səttarzadə küçəsində baş verib.

1985-ci il təvəllüdlü Ziyad Əkbərov və 1988-ci il təvəllüdlü Anar Tağıyev bıçaqlanıb.

Ziyad Əkbərov yaralı vəziyyətdə Anar Tağıyevi özünə məxsus avtomobilə mindirərək 1 saylı şəhər xəstəxanasına aparıb.

Lakin Anar Tağıyev avtomobildə qan itirmədən dünyasını dəyişib.

Ziyad Əkbərov isə ayağından bıçaqlandığı üçün cərrahi əməliyyat olunub.

Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsi və Binəqədi rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə baxış keçirib.

Yaralı Ziyad Əkbərovun ilkin izahatı alınıb. O bildirib ki, ölən şəxs onu taksi sürücüsü kimi çağırıb.

Ziyad Əkbərov ünvana çatdıqda isə Anar Tağıyevin bir neçə nəfər tərəfindən döyülərək bıçaqlandığını görüb. Xilas etmək istəyərkən o da xəsarət alıb.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Orxan Binnətov, İlkin Xəlilli və Vüqar Babayev saxlanılıb.

İstintaq orqanı tərəfindən Orxan Binnətov, İlkin Xəlilli və Vüqar Babayevin barəsində Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər