Bakının Səbail rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsinə müraciət edən Astara rayon sakini F.Ağayev oktyabrın 12-də Neftçilər prospektində bir nəfərin ona zor tətbiq edib, 700 manat dəyərində mobil telefonunu və qol saatını aldığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Səlimov müəyyən edilib.
O, həbs edilib.