Oğuz rayon sakini Nasif Həsənovun COVID-19 testinin nəticəsi pozitiv olduğuna görə, ev şəraitində müalicəyə cəlb edilməsinə və sanitar-karantin qaydaları izah edilməsinə baxmayaraq o, yaşadığı ünvanı tərk edib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
N.Həsənov yaşadığı rayondan gələrək Mingəçevir şəhərinə daxil olmaq istəyərkən karantin postunda polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Əraziyə həkim briqadası dəvət olunub və həmin şəxs yaşadığı ünvana göndərilib.
N.Həsənov barəsində Mingəçevir şəhər polis şöbəsinin istintaq bölməsində araşdırma aparılır.