"Bələdiyyə seçkiləri zamanı seçicilərin seçki məntəqələrinə gəlməsini asanlaşdırmaq üçün avtobuslar təşkil edilə bilər".
Teleqraf.com xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında deyib.
Məzahir Pənahov qeyd edib ki, bələdiyyə seçkiləri dekabr ayına, yəni qış ayına təsadüf etdiyi üçün rayonlarda, kəndlərdə seçicilərin seçki məntəqələrinə gəlib səs verməsi üçün müəyyən problemlər yarana bilər: "Xüsusən də seçki məntəqələrindən uzaqda yaşayan seçicilər yol şəraitinin pis olması və ya avtomobilin olmaması səbəbindən seçki məntəqələrinə gəlməkdə çətinlik çəkə bilərlər. Ona görə də, dairə seçki komissiyaları və aidiyyatı qurumlar bu məsələdə hazırlıqlı olmalıdır. Seçkilərin və seçicilərin təşkil edilməsi dairə seçki komissiyaların və aidiyyatı qurumların borcudur”.
M.Pənahov eyni zamanda seçki məntəqələrinin yaxınlığında avtobus dayanacaqlarının yaradılmasını da məqsədə uyğun sayıb. O, vurğulayıb ki, seçkilər yaxınlaşdıqca bu məsələlər daha da qabardılacaq.
Səxavət