22 Yanvar 2021 11:02
377
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin əməkdaşları ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində nəzarət tədbirlərini davam etdirir.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, yanvarın 21-də ev şəraitində müalicə təyin edilən 5 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunub saxlanılaraq evə qaytarılıblar.

Onlardan 4 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda istintaq araşdırmaları davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər