24 Yanvar 2021 16:51
468
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayon polis şöbəsinin əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar rayon ərazisində qurulmuş postda Xaçmaz rayonu Xudat şəhər sakini Telman Vəliyevin idarə etdiyi nəqliyyat vasitəsini saxlayıblar.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonu üzrə regional qrupundan bildirilib.

Şöbə əməkdaşları sürücünün sənədlərini yoxladıqdan sonra nəqliyyat vasitəsinin yük yerinə baxış keçiriblər.

Bu zaman oradan T.Vəliyevə məxsus qanunla ovlanması qadağan edilmiş ümumi çəkisi 20 kiloqrama yaxın beş ədəd nərə balığı aşkar edilib.

T.Vəliyev qanunvericiliyə uyğun olaraq saxlanılaraq şöbəyə gətirilib.

Faktla əlaqədar Quba rayon polis şöbəsində araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov