Bakıda xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com-un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1999-cu il təvəllüdlü Sarıyev Abdulla Əhməd oğlu bədən xəsarətləri alıb.
Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.