21 Fevral 2021 19:17
448
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda soyğunçuluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Lənkəran şəhər-rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində fevralın 18-də T.Məlikova zor tətbiq edərək çantasından 600 manat dəyərində lotoreyanı soyğunçuluq yolu ilə aparmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş M.Ağayev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı