2 Mart 2021 11:36
396
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xızı rayonunun Şorabad qəsəbəsi ərazisində yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, Rusiya vətəndaşı R.Kairov idarə etdiyi “Scania” markalı qoşqulu yük avtomobilini qarşıda gedən qəsəbə sakini Həsənəli Səfərovun idarə etdiyi “Belarus” markalı traktora vurub.

Nəticədə H.Səfərov hadisə yerində ölüb, sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov