5 Mart 2021 12:23
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda partlayış baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Saray qəsəbəsində fərdi yaşayış evində qəfil partlayış olub.

Nəticədə 1972-ci il təvəllüdlü Mətanət Mehdiyeva, 1993-cü il təvəllüdlü Ayşə Mahmudova, 3 yaşlı Məhəmməd Mahmudov və 4 yaşlı Nilay Mahmudova ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

İlkin ehtimala görə, hadisəyə səbəb qaz sızması olub.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov