29 Mart 2021 15:29
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində evlərdən oğurluq edən şəxslər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, rayon ərazisində yerləşən fərdi yaşayış evindən 3 000 ABŞ dolları və 1 600 manat pulun oğurlanması ilə bağlı daxil olan müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Şamaxı şəhər sakini Ağakərim Mahmudov və onun dostu - paytaxt sakini, əvvəllər məhkum olunmuş Orxan Həsənov tutulub.

Araşdırma zamanı saxlanılan A.Mahmudovun daha bir cinayət əməlinin üstü açılıb.

Belə ki, onun vətəndaş Nurlan Heydərovla qabaqcadan əlbir olaraq daha bir mənzildən 12 000 manat pul və 5 400 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib.

Faktla bağlı Şamaxı rayon polis şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov