Vətəndaş və İnkişaf Partiyası (VİP) "Qarabağ" siyasi blokuna qoşulmaqdan imtina edib.
VİP sədri Əli Əliyev Teleqraf.com-a açıqlamasında bildirdi ki, dünən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə görüşüb: "Biz görüşdə əməkdaşlıq barədə müzakirələr apardıq. Təklif olundu ki, biz "Qarabağ" blokunda təmsil olunaq. Lakin indiki məqamda "Qarabağ" blokunda təmsilçiliyi məqsədəuyğun saymadıq. Ölkədə ciddi siyasi hadislərin baş vermədiyi bir dövrdə "Qarabağ" blokuna qoşulmaq gələcəkdə VİP-in manevr imkanlarını məhdudlaşdırır. Bununla belə ADP və Ümid Partiyası ilə siyasi münasibətlərimiz yüksək səviyyədə saxlanılır".
Ə.Əliyev onu da bildirdi ki, VİP müxalifətin daha geniş birliyinin tərəfdarıdır: "Biz müxalifətin geniş koalisiyasının yaradılması istiqamətində çabalarımızı davam etdiririk".
Ruslan