Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları əməliyyat keçirib.
Teleqraf.com xəbər verir ki, idarəyə daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Qəniyev Yasamal rayonu ərazisində saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 29 qrama yaxın metafetamin, 217 ədəd “Paden 300” preqabalin, 364 ədəd “Alyse” preqabalin və 424 ədəd ekstazi həbləri aşkar edilib.