Aprelin 26-da Samux rayon polis şöbəsinə rayonunun Qiyaslı kəndində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.
Teleqraf.com xəbər verir ki, polis əməkdaşları dərhal həmin ünvana gələrək yas mərasimini dayandırıb.
Mərasimi təşkil edilən şəxslər rayon polis şöbəsinə gətirilib.
Polis şöbəsində həmin şəxslərlə izahedici-profilaktiki söhbətlər aparılaraq, pandemiya qaydaları barədə bir daha məlumat verilib.
Məclis iştirakçıları barədə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.