18 May 2021 12:28
499
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstafa rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Ağstafa rayon polis şöbəsinə mayın 16-da Köçəsgər kəndində yaşayan 62 yaşlı Çiçək Ələkbərovanın üzərində zorakılıq əlamətləri olan (boğma xarakterli) meyitinin evində tapılması barədə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla evdə xalçanın bir hissəsinin yanmış vəziyyətdə olması ilə evin yandırılmasına cəhd göstərilməsi müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Köçəsgər kənd sakini, əvvəllər məhkum olunmuş T.Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.


Müəllif: Hacı Zeynalov