5 May 2014 16:51
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə 5-6 may tarixlərində Vyana şəhərində keçiriləcək Avropa Şurası Nazirlər Komitəsinin 124-cü sessiyasında iştirak etmək üçün Avstriyaya yola düşüb.

XİN-dən Teleqraf.com-a verilən məlumata görə, sessiyada Avropa Şurasının Nazirlər Komitəsinin sədrliyi Avstriyadan Azərbaycana keçəcək.

Sessiya çərçivəsində nazir Elmar Məmmədyarovun çıxışları və ikitərəfli görüşləri nəzərdə tutulub.

Səxavət


Müəllif: