Şəki rayon sakini Rusiyada suda boğulub.
Teleqraf.com xəbər verir ki, hadisə Moskva şəhərində qeydə alınıb.
Şəki rayonu Qoxmuq kənd sakini, 1993-cü il təvəllüdlü Vüsal Natiq oğlu Abdullazadə bir neçə gün əvvəl Rusiya Federasiyasının paytaxtı Moskva şəhəri ərazisində çayda çimərkən boğularaq ölüb.