25 İyul 2021 17:49
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlər zamanı şəhər ərazisində yerləşən “Çinar” şadlıq sarayında karantin qaydalarının pozulduğu aşkarlanıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Şadlıq sarayında keçirilən toy mərasimində iştirak edən qonaqların bəzilərinin COVID-19 pasportu olmadığı, xidmət personalının tibbi maskadan istifadə etmədiyi müəyyən edilib.

Aşkarlanmış qayda pozuntularına görə, obyektin icarədarı Arif Əzimov inzibati məsuliyyətə cəlb olunaraq 4 min manat məbləğində cərimələnib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər