Ötən gün baş verən güclü külək nəticəsində gecə ərzində bir ağac aşıb.
Bu barədə Teleqraf.com-a Bakı Şəhər İcra Hakimiyyətindən açıqlama verilib.
Məlumata görə, hadisə Nəsimi rayonu ərazisində baş verib. Fəsadlar aradan qaldırılıb.
Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında noyabrın 24-ü günün ikinci yarısından 25-i gündüzədək güclü şimal-qərb küləyi müşahidə edilib. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enib.