Goranboyda zəhərlənmə hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qarasüleymanlı kəndində qeydə alınıb.
3 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq Türkiyə vətəndaşları 1971-ci il təvəllüdlü Mustafa Zəngin və 1967-ci il təvəllüdlü Cavid Özoğul dünyasını dəyişib. 1989-ci il təvəllüdlü Yolçiyev Nüsrətin vəziyyəti ağırdır.
Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.