17 Yanvar 2022 17:10
348
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün saat 15 radələrində Bakıda marşrut avtobusu ağır qəza törədib.

Teleqraf.com Publika.az-a istinadən xəbər verir ki, Şeyx Şamil küçəsində 77 saylı xətt üzrə hərəkət edən avtobus sürücünün idarəetməsindən çıxaraq dəmir məhəccərlərə çırpılıb və piyada səkisinə çıxıb. Bu zaman irigövdəli ağac zərbəyə tuş gələrək qırılıb.

Hadisənin avtobusda yaranan texniki problem səbəbindən baş verdiyi bildirilib.

Hadisə yerindən çəkilən görüntüləri təqdim edirik:


Müəllif: Teleqraf.com