Füzuli rayonunda ölümlə nəticələnən yol qəzasında yaralanan şəxslərdən biri polis əməkdaşıdır.
Teleqraf.com xəbər verir ki, “Mercedes” markalı avtomobili idarən edən İlqar Hümbətov Şuşa rayon dövlət yol polisi bölməsinin rəisi vəzifəsində çalışır.
O, hadisə zamanı avtomobildə tək olub. Qəza nəticəsində polis mayoru İlqar Hümbətov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müaviq maddəsi ilə cinayət işi açılıb.
İstintaq aparılır.
***
14:52
Füzuli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə martın 13-də, saat 14 radələrində Füzuli şəhəri ərazisində qeydə alınıb.
Novruz Orucovun idarə etdiyi “Mercedes” və İ.Hümbətovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
Nəticədə N.Orucov və sərnişini Təvəkkül Əliyev hadisə yerində ölüb, digər sürücü və 3 sərnişini xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Füzuli rayon polis şöbəsində araşdırma aparılır.