15 Mart 2022 10:55
432
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həmkəndlilərinin evindən oğurluqlar edən Masallı sakinləri saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Masallı rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmkəndlisinə məxsus yaşayış evindən 800 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Türkoba kənd sakini F.Əbilov saxlanılıb. Aparılan araşdırmalarla həmin şəxsin daha iki yaşayış evindən ümumilikdə 1400 manat dəyərində müxtəlif növ məişət əşyaları oğurladığı müəyyən edilib.

Masallı rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində həmkəndlilərinin evindən oğurluq etməkdə şübhəli bilinən daha bir sakini, Türkoba kənd sakini M.Cəfərov saxlanılıb. Araşdırmalarla onun iki yaşayış evindən ümumilikdə 1500 manat dəyərində məişət əşyaları oğurladığı müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov