17 Mart 2022 12:34
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Salyan rayon polis şöbəsinə martın 15-də saat 23 radələrində Bakı şəhəri ərazisində bir nəfərin Salyan şəhər sakini T.Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində oturaraq Salyan rayonuna gedəcəyini bildirməsi və Yenikənd kəndi ərazisində həmin şəxsin sürücünü kəsici alətlə hədələyib, 167 manat pulunu alması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Həsənli kənd sakini T.Mehdiyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər