Hüseyn Məlik: “Dünənə görə çox sagolun, bəs bu gün sən kimsən?”
Müsavat Partiyasının üzvü, İsa Qəmbərin keçmiş müşaviri Hüseyn Məlik indiki partiya rəhbərliyinə qarşı kəskin iddialar irəli sürüb. Bu haqda Hüseyn Məlik özünün facebook.com ünvanlı sosial şəbəkədə bildirib. Hüseyn Məlik Müsavat Partiyası və onun rəhbərliyi ilə bağlı bir neçə status paylaşıb.
Sabiq müşavir ilk olaraq bildirib ki, İsa Qəmbər Müsavat başqanı yox Azərbaycanın prezidenti olsaydı indi yəqin ki ,mən həbsxanada idim.
Bundan başqa, indiki başqana qarşı çıxış edən Məlik qeyd edib ki, Həbsxanaya qədər ki, Arif Hacılı ilə həbsxanadan sonrakı Arif Hacılı tamam fərqlidir.
Sonda Müsavatın indiki rəhbərliyinin müasir çağırışlara cavab vermədiyi mesajını verən sabiq müşavir qeyd edib ki, dünənə görə çox sağ olun, ancaq bu gün de görüm sən kimsən?”.
Cavidan