7 Aprel 2022 11:59
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda cinayət hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə müraciət edən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Paşazadə aprelin 4-də bir nəfərin onu Sabunçu qəsəbəsi ərazisində yerləşən evə apararaq 2 gün orada saxlayıb, narkotik vasitələr satmasını təklif etdiyini, razı olmadıqda isə mobil telefonunu alaraq digər şəxslə birlikdə döyüb, videoçəkiliş aparmalarını və buraxılması müqabilində 2000 manat pul tələb etmələrini bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar Etibar Rzayev və Valeriy Şuşkov müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov