27 Aprel 2022 11:41
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində yaşayış evinə basqın edilib.

Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsinə aprelin 23-də saat 5 radələrində “BTZ” bağlar sahəsində yaşayan bir qadının evinə gəlmiş 4 nəfərin onu bıçaqla hədələyib, dolabdan içərisində 4900 manat olan pulqabısını talamaları barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Vüqar Bəylərov və Turan Dadaşlı müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov