Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Bərdə rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Lənbəran kənd sakini Əlizamin Hüseynov saxlanılıb.
Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman istixanada aqrotexniki qaydada yetişdirdiyi 69 ədəd və əlavə olaraq qurutmaq üçün istifadə etdiyi, yaş halda çəkisi 8 kiloqramdan artıq olan çətənə bitkisi aşkarlanaraq götürülüb.
Faktla bağlı Bərdə rayon polis şöbəsində araşdırmalar davam etdirilir.