27 İyun 2022 12:52
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz şəhərində fərdi evə ildırım düşüb, evin dam örütüyündə yanğın baş verib.

Teleqraf.com-un məlumatına görə, hadisə Tovuz şəhər Eldəniz Quliyev küçəsində qeydə alınıb.

Tovuz rayon sakini, 1974-cü il təvəllüdü Elnur Bağırova məxsus ümumi sahəsi 140 kvadratmetr olan, 2 mərtəbəli, 6 otaqdan ibarət fərdi evə düşən ildırım nəticəsində evin dam örtüyündə yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN+) Tovuz rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşınları və 13 nəfər canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.//Report.az


Müəllif: Teleqraf.com