Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev sabah Makedoniyaya səfər edəcək. Teleqraf.com xəbər verir ki, bu haqda Bədrəddin Quliyevin özü məlumat verib.
Partiya sədri deyib ki, Makedoniya səfəri bu ölkədə uzun illərdir fəaliyyət göstərən Türk Millətçi Partiyasının sədri Adnan bəyin və partiyanı Makedoniya parlamentində təmsil edən Enik İbrahimin dəvəti əsasında reallaşacaq.
Məlumat üçün deyək ki, Makedoniya Türk Millətçi Partiyası hazırda hakimiyyət koalisiyasında təmsil olunur. Partiya son parlament seçkiləri zamanı deputat mandatı əldə edib. Bədrəddin Quliyev dekabrın 3-10 arasında bu ölkədə səfərdə olacaq və səfər zamanı bir sıra görüşlər keçirəcək.
Qeyd edək ki, Türk Millətçi Partiyasının yubiley tədbirinə Türkiyədə fəaliyyət göstərən millətçi dərnəklər, siyasi partiya rəhbərləri, Avropada fəaliyyət göstərən diaspora qurumlarının təmsilçiləri də dəvət edilib.
Nemət