16 Avqust 2022 14:51
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şabran rayonunun Zöhrəmli kəndi ərazisində biçilmiş taxıl sahələrində baş verən yanğınlar nəticəsində bir neçə ev yanıb.

Teleqraf.com xəbər verir ki, hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) 10-dan artıq yanğınsöndürən avtomobili, canlı qüvvəsi və Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi də cəlb olunub.

İlkin məlumata görə, yanğın təhlükəsizliyni nəzərə alaraq Zöhrəmli kəndindən sakinlər təxliyə edilir.

Əlavə məlumat veriləcək.


Müəllif: Mənbə/Report