Qəbələ rayonunun Vəndam kəndi ərazisində, meşə ilə sərhəddəki bələdiyyə torpağında yanğın baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Mətbuat katibi İradə İbrahimova məlumat verib.
Hazırda ETSN-in bütün yerli qurumlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin nümayəndələri tərəfindən yanğının söndürülməsi və meşəyə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür.