8 May 2014 14:03
1 218
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər Naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin açıqladığı fikrlərə münaasibət bildirib.

Teleqraf.com-un xəbərinə görə, Elmar Məmmədyarov deyib ki, amrekalı həmsədrin fikirləri 2009-cu ildə irəli sürülən yenilənmiş "Madrid prinsipləri"nin təkrarıdır: “Bu sülhməramlı qüvvəllər təbii ki, olmalıdır. Hansısa bir razılığa gəldikdən sonra sülhməramlı qüvvəllər işğal olumuş bölgələrə yerləşdirilə bilər. Çünki nə bizim Ermənistana, nə də açıq danışmaq lazımdır ki, onların bizə etibarı yoxdur. Amma bu məsələ dəqiqliklə müzakirə olunmayıb. Yəni, sülhməramlı qüvvələrin tərkibində kimlər, hansı öləkələrin təmsilçiləri olacaq, bu, dəqiqləşdirilməyib. Bununla bağlı əvvəlcə siyasi qərar qəbul etmək lazımdır”.

Səxavət


Müəllif: