Axşam saatlarında Bakı-Rusiya Federasiyası sərhədi avtomobil yolunda qəza baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə magistralın Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza nəticəsində aşan yük avtomobilinin sürücüsü xəsarət alıb və Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam edir.