22 Noyabr 2022 10:59
344
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşları dələduzluq yolu ilə aldadaraq onların pullarını mənimsəyən Beyləqan rayon sakini Hüseyn Həsənov saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Araşdırmalar zamanı məlum olub ki, H.Həsənov bir nəfər qohumunun etibarından istifadə edərək ona üzləşdiyi problemim həlli istiqamətində köməkliklər göstərəcəyi barədə yalan vədlər verib və zərərçəkənin 3500 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Faktla bağlı İmişli rayon polis şöbəsində cinayət işi açılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Əgər H.Həsənovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin İmişli rayon polis şöbəsinə məlumat vermələri xahiş olunur.


Müəllif: Hacı Zeynalov