2 Dekabr 2022 11:30
476
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 1-də saat 10 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində Biləsuvar rayon sakini Nadir Kazımovun idarə etdiyi yükü yanacaq olan “Mercedes” markalı avtomobil aşıb.

Teleqraf.com xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib. Məlumata görə, nəticədə sürücü hadisə yerində ölüb. Dağılan yanacaq yoldan təmizlənib.

Şuşa Rayon Polis Şöbəsində araşdırma aparılır.


Müəllif: Teleqraf.com