Bu gün saat 15:45 radələrində "Azərişıq" ASC-nin Ağdaş şəhəri ərazisindəki elektrik şəbəkəsinin inzibati binasının həyətyanı sahəsində təmir işləri görən oranın əməkdaşları -1986-cı il təvəllüdlü Elşən Mustafayev və 1983-cü il təvəllüdlü Ceyhun Nəbiyevi elektrik cərəyanı vurub.
Teleqraf.com xəbər verir ki, nəticədə C.Nəbiyev hadisə yerində ölüb, digəri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib. Yanıq xəsarətləri alan E. Mustafayev xəstəxanaya yerləşdirilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.