3 Fevral 2023 00:27
399
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda sərnişin avtobusu dayanacağa çırpılıb.

Teleqraf.com xəbər verir ki, hadisə nəticəsində dayanacağda duran 1 nəfər həlak olub, 5 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadaları yaralıları yaxınlıqdakı xəstəxanaya çatdırıblar.

Bildirilir ki, yaralılardan birinin vəziyyəti ağırdır.

Eyni zamanda, avtobusun sürücüsü polislər tərəfindən saxlanılıb.

Qəzanın səbəbi barədə məlumat verilmir.


Müəllif: Teleqraf.com