5 Fevral 2023 22:45
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Buta Airways"in J2 9105 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen aeroportu) reysini həyata keçirən hava gəmisinin kapitanı təyinat hava limanında yağan güclü qar səbəbindən Ankarada enməyə qərar verib.

"Buta Airways" aviaşirkətinin mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, təyyarə Bakı vaxtı ilə saat 20:50-də Esenboğa Beynəlxalq Hava Limanında (Ankara) eniş edib.

Hava şəraiti yol verdikdə İstanbula uçuş həyata keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər