Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən qadın saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib.
Şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Elnarə Həsənzadə saxlanılaraq polis şöbəsinə gətirilib.
Onun üzərinə keçirilən baxış zamanı müxtəlif çəkilərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilib.
Faktla bağlı Şirvan şəhər polis şöbəsinin istintaq bölməsində cinayət işi açılıb.
Saxlanılan qadın barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.